Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:27

Elmar Məmmədyarov Vardan Oskanyanla görüşüb


Nazirlərin görüşü hazırlıq xarakteri daşıyır

Nazirlərin görüşü hazırlıq xarakteri daşıyır

Mayda həmsədrlərlə birlikdə Rusiya, Fransa və Amerika xarici işlər nazirləri müavinlərinin Bakı və Yerevana səfəri planlaşdırılır


Azərbaycan xarici işlər naziri Strasburqda, Avropa Şurası xarici işlər nazirlərinin görüşündə iştirak edir. Toplantı çərçivəsində nazir Elmar Məmmədyarov mayın 18-də erməni həmkarı Vartan Oskanyanla, ATƏT-in Minsk qrupu həmsədrləriylə görüşüb. Əvvəl hər iki nazirin və həmsədrlərin iştirakıyla görüş olub, sonra həmsədrlər nazirlərlə ayrılıqda görüşüblər.


Budəfəki görüşlər həmsədrlərin növbəti səfərinə hazırlıq xarakteri daşıyır. Mayın axırı Minsk qrupu həmsədrlərinin yenə regiona səfəri gözlənilir. Yenilik odur ki, bu dəfə təkcə həmsədrlər deyil, onların təmsil etdiyi ölkələrin – Rusiya, Fransa və Amerika xarici işlər nazirləri müavinlərinin də səfəri planlaşdırılır. Hansı müavinlərin gələcəyi məlum deyil, çünki adlar açıqlanmır.


Oskanyan Strasburqa yola düşməzdən əvvəl yerli mətbuata deyib ki, Elmar Məmmədyarovla görüşü, sonra da həmsədrlərin səfəri uğurlu olsa, prezidentlər — İlham Əliyevlə Robert Koçaryan görüşəcək.


Vartan Oskanyanla görüşdən başqa, Elmar Məmmədyarovun Strasburqda bir neçə ikitərəfli görüşü nəzərdə tutulub. Məmmədyarov Avropa Şurasının baş katibi Terri Devislə, Avropa Şurası Parlament Assambleyasının rəhbəri Rene Van der Lindenlə görüşməlidir. GUAM ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası olmalıdır, orda Elmar Məmmədyarovun Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirləriylə görüşü gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG