Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:10

Dövlət büdcəsi təxminən 500 milyon dollar artırıla bilər


Dövlət büdcəsi təxminən 500 milyon dollar artırıla bilər. Bununla bağlı qanun layihəsi mayın 20-də ilkin olaraq Milli Məclisin beş parlament komissiyasının birgə iclasında müzakirə ediləcək. 2006-cı il üçün dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsinə görə, dövlət investisiyalarının artırılması və neftin ixrac qiymətinin 1 barrel üçün 40 dollardan 50 dollaracan qaldırılması nəzərdə tutulur. Büdcənin artırılması dünya bazarlarında neftin qiymətinin yüksək olmasından Azərbaycanın əlavə gəlir əldə etməsiylə bağlıdır.



XS
SM
MD
LG