Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:18

Macarıstanda «Azərbaycan günləri» keçiriləcək


Mayın 24-ü və 25-də Macarıstanda «Azərbaycan günləri»nin keçirilməsi planlaşdırılır. Tədbiri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Macarıstandakı səfirliyi təşkil edəcək.


Sözügedən Komitədən verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Macarıstan ictimaiyyətini Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək, Dağlıq Qarabağ münaqişəsinin obyektiv səbəbləri barədə məlumatlandırmaqdan ibarətdir.


Tədbirin ilk günü Budapeştdə Macarıstan Elmlər Akademiyasının binasında «Tarix və mədəniyyət: Macarıstan-Azərbaycan» adlı elmi simpozium keçiriləcək. Mayın 24-də isə, Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə müxtəlif səpkili konsert proqramları təşkil olunacaq.



XS
SM
MD
LG