Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:37

Yeni dostlar qazanmaq istəyirsinizsə?


Tələbələr arasında «Nə? Harada? Nə zaman?» oyununun qalibləri, 14 may 2006

Tələbələr arasında «Nə? Harada? Nə zaman?» oyununun qalibləri, 14 may 2006

Yeni biliklər və dostlar qazanmaq istəyənlər Bakı Dövlət Universitetində fəaliyyət göstərən Xəzər İntellektual Klubuna üzv ola bilərlər. Xəzər İntellektual Klubu öz üzvləri arasında ayda 4 dəfə müxtəlif intellektual oyunlar keçirir. Klubun prezidenti Seymur Teymurov belə deyir.


Onu da deyək ki, kluba hansı universitetdə oxumasından asılı olmayaraq bütün tələbələr, hətta məzunlar və şagirdlər də üzv ola bilərlər.


Xəzər İntellektual Klubu hər şənbə təşkil etdiyi oyunlardan başqa, həm də ildə iki dəfə yekun çempionatlar keçirərək ən güclü komandaları müəyyənləşdirir. Belə çempionatlardan biri də mayın 14-də “Nə? Harada? Nə zaman?” oyunu üzrə keçirildi. Oyunda birinci, ikinci və üçüncü yerlər uğrunda 25 komanda mübarizə apardı. Komandaların və eyni zamanda klubun üzvləri belə intellektual oyunların həm də şəhərlər və ölkələr arasında təşkil olunmasını istəyirlər.


İmtahandan sonra əyləncə


Ötən həftə Xəzər Universitetinin tələbələri çətin imtahanlardan sonra bir az da əylənmək qərarına gəlmişdilər. “Yeni Ulduz” müsabiqəsinin iştirakçılarını universitetlərinə dəvət edib onların ifasını dinləyir, bəzən də dinc durmayıb rəqs də edirdilər.


Konsertin təşkilatçılarından biri Tural Əzimov tələbə yoldaşlarına söz verdi ki, bu sonuncu konsert olmayacaq. «Biz Xəzər Universitetində tez-tez belə konsertlər təşkil edirik və bundan sonra da tələbələr üçün daim belə konsertlər keçirəcəyik».


DİNLƏYİN!


XS
SM
MD
LG