Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:34

Vatikanın Xarici İşlər naziri Bakıya gələcək


Mayın 19-da axşam Vatikanın xarici işlər naziri Covanni Layolo Bakıya rəsmi səfərə gələcək. Səfər çərçivəsində Azərbaycanla Vatikan arasında ikitərəfli münasibətlərin perspektivləri, həmçinin Roma Katolik kilsəsinin Azərbaycanın dini icmaları ilə əlaqəsi müzakirə olunacaq.


Azərbaycandakı Katolik icmasının rəhbəri Yan Çapla «Turan»a bildirib ki, rəsmi proqram mayın 20-də başlayacaq. Həmin gün qonaq Bakı ilə tanış olacaq. Mayın 21-də cənab Layolo Katolik kilsəsində ibadətdən sonra Vatikanın dəstəyilə yaradılmış kimsəsizlər evinin açılışında iştirak edəcək. Vatikanın XİN başçısı prezident İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və başqa dini konfessiyaların başçıları ilə görüşəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG