Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:26

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İranla saziş imzalayacaq


«Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cənub bölgəsində televiziya və radio yayımlarına müdaxilənin qarşısını almaq məqsədilə İranla saziş imzalayacaq». Bu haqda Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov jurnalistlərlə söhbətində bildirdi. Amma cənab Abbasov əlavə etdi ki, qonşu ölkələrin Azərbaycan efirinə müdaxiləsinin qarşısını birdəfəlik almaq məqsədilə nazirliyin əməkdaşları İnformasiya Texnologiyaları İnstitutu ilə birgə yeni sistem hazırlayırlar: «Bu sistem vasitəsilə istənilən bölgədə efirə nəzarət edəcəyik».


Nazir qonşu dövlətlərin Azərbaycanda mobil və eləcə də digər simsiz rabitə vasitələrinə müdaxilə etmək imkanları olduğunu bildirsə də, bu məsələnin Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələri ilə tənzimləndiyini və ölkənin xüsusi xidmət orqanlarının nəzarətində olduğunu da söylədi.


Əli Abbasov üçüncü mobil operatorun fəaliyyətinin yubanmasını isə tezlik problemi ilə bağladı: «Keçmiş kabel televiziyaları tezliklər spektrini məşğul ediblər. Biz orda təmizləmə aparırıq. Şirkətlər isə gözləyirlər».


Günün bütün mövzuları

XS
SM
MD
LG