Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Sürücü-sərnişin davası


Dizel yanacağı bahalaşanda hamı gediş haqqının da qaldırılacağını gözləyirdi
Dizel yanacağı bahalaşanda hamı gediş haqqının da qaldırılacağını gözləyirdi

Gediş haqqını 500 manatdan 1000 manata qaldıran sürücülərlə sərnişinlər arasında hər gün baş verən dava-dalaşa nə vaxt son qoyulacaq?


Dizel yanacağı bahalaşanda hamı, ən çox da avtobus sürücüləri gediş haqqının da qaldırılacağını gözləyirdi. Amma bu baş vermədi. Tarif Şurasında aparılan müzakirələrdən sonra belə qərara alındı ki, bu bahalaşmanın ictimai nəqliyyatda qiymətlərin artırılmasına dəxli yoxdur və qiymət artımı olmayacaq. Ancaq az keçməmiş bir-bir marşrutlarda qiymətlər tədricən qaldırmağa başladı. Marşrutun çölündə gediş haqqı 500 manat göstərilsə də avtobusdan düşən sərnişinlərdən 1000 manat istənildiyi üçün indi sürücülərlə sərnişinlər arasında dava-dalaşa tez-tez rast gəlmək olur. Bu sahəyə aidiyyəti olan bütün qurumlar, Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri qiymət artımının qanunsuz olduğunu dəfələrlə desələr də sərnişin nəqliyyatdakı xaotik qiymət artımı hələ ki hansısa formada nizamlanmır.


Elə bu cür qeyri-müəyyənlik davam etdiyindən hər gün sərnişinlərlə sürücülər dava-dalaşla yol getməli olurlar.


223 saylı marşrutun sürücüsü Vahid Zamanov deyir ki, indi sürücülərin vəziyyəti xeyli ağırlaşıb. Belə ki onlar gündəlik köhnə pulla 80-100 min manat sahibkara, bundan başqa hər ay da oturacaqların sayına görə 210-250 min manat ödəyirlər. İş bununla bitmir sürücü gündəlik qazandığı pulla yanacaq alır, həm də avtobusdakı bütün nasazlıqları aradan qaldırır.


Vahid Zamanov deyir ki, dizel yanacağı bahalaşandan sonra sahibkarlar sürücülərə gündəlik planla bağlı bir qədər güzəşt etmişdilər, amma həmin güzəştin ömrü o qədər də uzun olmayıb.


Nəqliyyat işçilərinin Müstəqil Həmkarlar İttifaqının rəhbəri Siyavuş İsmayılov marşrutlarda gündə iki dəfə baş verən qiymət dəyişkənliyini iki qurum - Bakı Şəhər Nəqliyyat Departamenti və Nəqliyyat Nazirliyi arasında gedən mübarizənin nəticəsi sayır.


Bakı Şəhər Nəqliyyat departamentinin sabiq sədr müavini Yaşar Cəfərov deyir ki, prezidentin fərmanından sonra sərnişin nəqliyyatından rüsumları Nəqliyyat Nazirliyi yığmalı olduğu halda Nazirliklə paralel bu işi Nəqliyyat Departamenti həyata keçirib. Elə bu səbəbdən də bir qrup sahibkar məhkəməyə müraciət edərək yaranmış vəziyyətə aydınlıq gətirilməsini istəyiblər. Bu müraciətə baxılıb və Nəqliyyat Departamentinin bu sahədəki fəaliyyəti dayandırıb.


Amma problemlərin hələ qaldığını deyən Yaşar Cəfərovun sözlərinə görə, indi Nəqliyyat Nazirliyi sürücülərdən 5 illik rüsumlar alır ki, bu da heç cür anlaşılan deyil.


DİNLƏYİN!


XS
SM
MD
LG