Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

Azərbaycan və Gürcüstan polisləri arasında regional əməkdaşlıq yaranır


Azərbaycan və Gürcüstanın sərhədyanı bölgədə fəaliyyət göstərən polisləri arasında regional əməkdaşlıq yaranır. Əməkdaşlığın qurulması yolları mayın 16-da hər iki ölkənin polis rəhbərlərinin Tovuzda keçirdiyi görüşdə müzakirə olunub. Sərhəddə ictimai təhükəsizlik, dəmiryolu nəqliyyatında cinayətkarlığa qarşı mübarizənin vəziyyəti barədə müzakirə aparan iştirakçılar birgə əməliyyatlar keçirməyə də razılaşıb. Azərbaycan Daxili İşlər Nazirliyinin Beyənlxalq Əlaqələr İdarəsinin rəisi Mehrab Tuqanovun sözlərinə görə, onlar birgə əməliyyatlarla, xüsusilə narkotik vasitələrin sərhəddən daşınmasının qarşısını almaq istəyirlər: «Ən yaralı yerimiz narkotik vaistələrlə mübarizədir. Onun açılma faizi digər cinayətlərlə müqayisədə aşağıdı. Bunun da səbəbləri var. Texniki avadanlığın yoxluğu, informasiya mübadiləsinin zəifliyi bu cinayətlə mübarizəyə mane olur».


Cənab Tuqanov deyir ki, Azərbaycanın Zaqatala-Balakən zonasında da Gürcüstanla sərhəd bölgəsinin polis əməkdaşları arasında əməkdaşlıq yaradılacaq. Gürcüstan Daxili İşlər Nazirlyi Patrul Xidməti Departamentinin Kvemokartli bölgəsi üzrə rəhbəri Otar Qurgenidzenin sözlərinə görə, ikitərəfli əməkdaşlıq sərhədyanı bölgələrdə cinayətkarlığa qarşı mubarizədə öz müsbət effektini verəcək və onun fikrincə, belə görüşləri mütəmadi keçirmək lazımdı. Cənab Qurgenidze onu da dedi ki, bu ilin noyabrında azərbaycanlı polislərlə bir daha Gürcüstanda görüşüb əməkdaşlığın detallarını müzakirə edəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG