Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:13

Azərbaycan yeraltı qaz anbarlarının tutumu 3 milyard kub metrə çatacaq


Gəncə, Abşeron, Lənkəran, Neftçala, Masallı və Hacıqabula qaz verilməsi tam dayandırıla bilər


«Azərbaycan öz yeraltı qaz anbarlarının tutumunu iki dəfə genişləndirərək, 3 milyard kub metrə çatdıracaq. Bu, ölkədə qaz hasilatının artması, xüsusən də bu ilin sonundan «Şahdəniz» yatağından qaz çıxarılacağıyla bağlıdır». Məlumatı «Azəriqaz» Səhmdar Cəmiyyətinin rəhbəri Əlixan Məlikov açıqlayıb. O, deyib ki, yeraltı qaz anbarlarının tutumunun artırılmasıyla bağlı layihə bu ilin sonuna hazır olacaq. Onun fikrincə, layihə həyata keçəndən sonra Azərbaycan həm də tam şəkildə öz enerji təhlükəsizliyini təmin etmiş olacaq.


Cənab Məlikov deyib ki, yeraltı qaz anbarlarının tutumu artandan sonra sifariş olarsa, qış mösümündə həmin anbarlardan qonşu ölkələrə, məsələn, Gürcüstana və İrana qaz verilə bilər.


Əlixan Məlikov onu da bildirib ki, onlar qaz pulunun yığım faizinin artırılması üçün ciddi tədbirlər görmək fikrindədirlər. Xüsusən yığım üzrə ən aşağı göstəricilərə malik Gəncə, Abşeron, Lənkəran, Neftçala, Masallı və Hacıqabulda. «Azəriqaz» Səhmdar Cəmiyyətinin rəhbəri deyib ki, nəzərdən keçirilən mümkün tədbirlər arasında hətta həmin bölgələrin qaz təminatının tam dayandırılması da var.


XS
SM
MD
LG