Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:17

«Yeni Fikir»çilərin işi üzrə növbəti məhkəmə


Mayın 15-də «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, onun müavinləri Səid Nuriyev və Ramin Tağıyevin məhkəməsi cəmi bir neçə dəqiqə davam etdi. Ruslan Bəşirli məhkəmə qarşısında bir neçə vəsadətlə çıxış edərək, şahidlərin yenidən dindirilməsini, vəkildən imtina etdikləri halda, məhkəmənin təyin etdiyi vəkillərin onların adından açıqlama verməsinin, həbs olunduqdan sonra ailəsinə olan hücumların, günahı məhkəmə tərəfindən təsdiqlənmədiyi halda, Baş prokurorun onu cinayətkar adlandırmaqla təqsirsizlik prezumpsiyasını pozduğunu və digər məsələlərin araşdırılmasını tələb etdi. Eyni zamanda, Ruslan Bəşirli həbsdə olduğu müddətdə MTN əməkdaşının onu AXCP sədri Əli Kərimlinin əleyhinə çıxış etməyə çağırdığını, hakimiyyətlə işbirliyinə dəvət etdiyini bildirərək həmin əməkdaşın da kimliyinin araşdırılmasını istədi.


Dövlət ittihamçısı Şahin Əliyev bu deyilənlərin məhkəmə araşdırmasına aid olmadığını söylədi.


Etiraz əlaməti olaraq Ruslan Bəşirli arxasını məhkəməyə çevirdiyindən hakim fasilə elan etdi.


Daha sonra isə prosesin mayın 26-dək təxirə salındığı bildirildi.


Bu arada bir neçə gənc əllərində «Ruslan Bəşirliyə ar olsun! Ermənilərlə əməkdaşlıq edənlərə ar olsun!» yazılmış plakatla Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə yaxınlaşmaq istəsələr də, polis onların binaya yaxınlaşmasına imkan vermədi.


«Yeni Fikir» Gənclər Təşkilatının üzvləri hakimiyyəti zorla ələ keçirməyə cəhddə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunurlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG