Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:23

Maraqlı faktlar


QROSSMEYSTERİN UĞURLARI




Teymur Rəcəbov 10 və 12 yaşınadək uşaqlar arasında dünya və Avropa çempionu olub. 1998-ci ildə Kasparov kubokunun qalibi, 2000-ci ildəsə həmin kubokun qran-prisini qazanıb. Avropa çempionatının vitse çempionu, FİDE Qran-prisinin finalçısı, Linaresdəki super-turnirdə ikinci yerin sahibi…




RƏCƏBOVUN QƏLƏBƏLƏRİNİN SİRRİ




Heç vaxt oyun öncəsi psixoloji hazırlıq keçmədiyini bildirir. Mənim yaxşı əsəblərim var. Amma oyun zamanı mənə uğur gətirən qələmi, ya eyni saatı götürməyə çalışıram. Eyni paltarda oluram. Hamıda belədir. İdmançı oyun zamanı özünü tənha hiss eləyir. Adama elə gəlir ki, onun qələmi və ya saatı onu dəstəkləyir, sən özünlə götürdüyün əşyalar sənə kömək eləyir.




XOŞMƏRAMLI SƏFİR




«Xoşməramlı səfir olmaq mənim üçün şərəfdir. Bu rola sevilən, hörmət olunan adamları seçirlər. Mənim üçün seçilmək xoşdur. Bu mənim üçün həm də vacibdir. Azərbaycandakı yod çatışmazlığından yaranmış problemlərlə, yodlaşdırmamış duzdan istifadənin yaratdığı fəsadlarla mübarizə aparmaq mütləq lazımdır. Ona görə də YUNİSEF-lə birgə proqramlar hazırlayacağıq».


XS
SM
MD
LG