Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:51

Xəbərlər


Yazıçılar Birliyi ölkə prokurorluğuna üz tutub – Yazıçı Çingiz Abdullayevin bu sözləri Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi mətbuat konfransında səslənib. Səbəb – Ədəbiyyat Fondunun keçmiş direktoru Arif İbrahimovun həmin fondun yerləşdiyi otaqları, Yazıçılar Birliyinə məxsus poliklinikanı və Yaradıcılıq Evini qanunsuz özəlləşdirməsi və imza saxtakarlığıdır. Mətbuat konfransında belə deyilib. Bundan əvvəl mediada yayılan məlumatlarda Ədəbiyyat Fondunun keçmiş direktoru vəzifədən haqsız çıxarıldığını iddia edib və bir qrup yazarı «ümumrespublika konfransı»na toplayıb. Problemi diqqətdə saxlayacağıq.




Hüseynağa Atakişiyevin yarımçıq əsəri tamamlandı -- «Qara qutu» adlanan bu pyes Firuz Abdullanın qələmindən çıxıb. Rejissor Hüseynağa Atakişiyevin qəfil ölümü «Qara qutu»nun taleyini sual altında qoysa da, görkəmli sənətçinin yetirməsi Sərvər Əliyev bu səhnə əsərini tamamlamağı bacardı. «Qara qutu» Hüseynağa Atakişiyevin sayca 100-cü və son tamaşası sayılır.



Ordubadda 20 tarixi əlyazma tapılıb - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan filialı Əlyazmalar Şöbəsinin kiçik elmi işçisi Şəmsi Əhmədov bildirir ki, repressiya illərində insanlar ölümdən-sürgündən qorxaraq elmi-mədəni dəyəri olan kitabları, əlyazmaları qorumaq məqsədilə onları divarlara hörürdülər. Ordubadda qədimdən qalma mədrəsənin divarları arasından 20 əlyazma tapılıb. Dilçiliyə, fiqhə, tarixə aid həmin əsərlər indi öyrənilir. Çox qiymətli bir əlyazma isə Məhəmməd Haşimi Naxçıvaninin 200 il öncə yazılmış tarixi əsəridir.


XS
SM
MD
LG