Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:19

Milli azlıqlar məsələsi

  • Andrey Babitski

Qırmızı Qəsəbə, 11 aprel 2006. Qubada yəhudilər XVII əsrdə Fətəli Xanın atasının vaxtından məskunlaşıblar

Qırmızı Qəsəbə, 11 aprel 2006. Qubada yəhudilər XVII əsrdə Fətəli Xanın atasının vaxtından məskunlaşıblar

Müzakirələrdə Tbilisidən milli azlıqlar məsələsi üzrə ekspert Pata Zakaraşvili, Bakıdan Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva, Yerevandan isə Ermənistan yəhudi icmasının sədri Rima Varcapetyan iştirak edir.


«Hazırda Rusiyada Qafqaz mənşəli insanlara qarşı təzyiqlər olunur. Bəs Cənubi Qafqaz ölkələrində bu sahədə vəziyyət necədir» sualını cavablandıran cənab Zakaraşvili çoxmillətli ölkə olmasına baxmayaraq, Gürcüstandakı vəziyyətin Rusiya müqayisə etməyin mümkün olmadığını deyir. «Sadəcə olaraq bütün Gürcüstan vətəndaşları da ölkədə baş verən «qızıl gül» inqilabdan çox şeylər gözləyirdi. Amma hamı kimi onların da ümidləri doğrulmadı».


Ermənistanda təxminən min nəfərə yaxın olan yəhudi icmasının rəhbəri xanım Varcapetyan Ermənistanda heç vaxt antisemitizm olmadığını bildirir.


Xanım Abdullayava hesab edir ki, Azərbaycanda milli məsələ heç də ciddi problem deyil, məişət müstəvisində meydana gələn problemlər isə ümumidir və milli xarakter daşımır. «Bakıda yaşayan ermənilərin vəziyyəti necədir» sualına cavab verən Arzu Abdullayeva deyir ki, müharibə hələ öz məntiqi həllini tapmadığından, hələ sülh müqaviləsi imzalanmadığından problemlər qalmaqdadır. «Azərbaycan vətəndaşı olan ermənilər müxtəlif problemlərlə bağlı bizim ofisə müraciət edirlər. Məsələn, pensiya yaşı çatmış adam bu hüququnun təmin olunması üçün müraciət edir. Onlarda Azərbaycanın vətəndaşlarıdır, onların problemlərinin həllinə də məntiqi yanaşmaq lazımdır».


DİNLƏYİN!


XS
SM
MD
LG