Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:40

Müşahidəçilərə təzyiqlər


Seçki Təşəbbüsləri Mərkəzi xəbər verir ki, saat 11.30-da 110 saylı Zaqatala seçki dairəsinin Bəhmədli kəndində yerləşən 24 saylı seçki məntəqəsində müstəqil müşahidəçilər Novella Cəfərova, Səadət Bələnyarlı və millət vəkili Arzu Səmədbəyli seçki məntəqəsinə buraxılmayıblar.


11.30- 42 saylı Sumqayıt seçki dairəsinin 1 saylı seçki məntəqəsində müşahidə aparan İlqar Məmmədov tərəfindən verilən məlumata görə, deputatlığa namizəd Mirmahmud Fəttayevin səlahiyyətli nümayəndəsi Atakişiyev Nazim Gülməmməd oğlu səsvermənin gedişinə müdaxilə etmək adı ilə MnSK sədrinin göstərişi ilə biri mülki geyimdə digəri isə xidməti polis formasında olan 2 nəfər polis əməkdaşı tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb. 10.40- 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Əli Ehtiram Soltanın müşahidəçilərinə 5 saylı seçki məntəqəsində seçkinin gedişini müşahidə etməyə imkan verilmir və müşahidəçiləri seçki məntəqəsindən uzaqlaşdırmağa çalışırlar. 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Hökumə İbrahimlinin vəkili Qabil Hüseynli həmin seçki dairəsinin 18 və 27 saylı seçki məntəqələrinə buraxılmayıb. 110 saylı Zaqatala seçki dairəsinin 23 saylı seçki məntəqəsinin məşvərətçi səs hüquqlu komissiya üzvü Cəlilov Qasım Cəlil oğlu həmin komissiyanın sədri Çengilov Camal və naməlum şəxslər tərəfindən müxtəlif təhqirlərə məruz qalıb.


11.30- 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 33 saylı seçki məntəqəsində həmin dairədən deputatlığa namizəd Fikrət Cəfərovun vəkili Əkbərov Əlimusa həbs olunub və yalnız 3 saatdan sonra buraxılıb.


14.45- 110 saylı Zaqatala seçki dairəsinin 32 saylı seçki məntəqəsində müşahidəçi Surxanova Şəfiqə bülleten paylamaqla məşğul olub. Eyni zamanla həmin seçki məntəqəsində 15 nəfərdən çox seçici barmağına mürəkkəb vurulmadan səsverməyə buraxılıb.


XS
SM
MD
LG