Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:12

Ceyranbatandan Bakıya su kəməri yaxın vaxtlarda istifadəyə veriləcək



Nizaməddin Rzayev, 12 may 2006 Foto: Trend
Ceyranbatan su Anbarından Bakıya müasir standartlara uyğun su kəməri yaxın vaxtlarda istifadəyə veriləcək. Cümə günü mətbuat konfransı keçirən «Azərsu» Səhmdar Cəmiyyətinin rəhbəri Nizaməddin Rzayev belə deyib. Onun sözlərinə görə, şüşə lifli borularla çəkilən bu kəmər Bakının su təchizatını daha da yaxşılaşdıracaq.

Regionlara gəldikdə isə, «Azərsu»nun prezidenti deyib ki, Asiya İnkişaf Bankının ayıracağı 60-70 milyon dollarlıq kredit hesabına Ağdaş, Göyçay, Naxçıvan və daha 3 rayonda su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmasına başlanacaq.


Nizaməddin Rzayevin sözlərinə görə, hazırda paytaxtın içməli suyla təminatı üçün 2400 km. uzunluğunda xətlərdən istifadə olunur ki, bu xətlərin də 60 %-ə qədərinin istismar müddəti artıq başa çatıb. Bakının içməli suyla təminatını yaxşılaşdırmaq üçün nəzərdə tutulan yeni – Oğuz-Bakı su kəmərinin tikintisinə bu ilin sonlarında başlanacaq.


Su sayğacları məsələsinə toxunan «Azərsu»nun prezidenti bildirib ki, şirkət 880 minə yaxın abonentin hamısına 2008-ci ilə kimi sayğaclar quraşdırmağı planlaşdırır. Amma sayğacların quraşdırılması vətəndaşların öz hesabına aparılacaq.


XS
SM
MD
LG