Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:57

Ekspert Koreya modelini Azərbaycan üçün nümunə hesab edir


Koreya Milli Tədqiqatlar Akademiyasının doktorantı Vasif Əliyev

Koreya Milli Tədqiqatlar Akademiyasının doktorantı Vasif Əliyev

Neft ölkəsi olmasa da, Koreyada neft-kimya sənayesi inkişaf edib və dünyada beşinci yerdədir


Koreya Milli Tədqiqatlar Akademiyasının doktorantı Vasif Əliyev hesab edir ki, dünya bazarında neftin qiymətinin qalxması Koreya prezidentinin Azərbaycana səfərə gəlməsində mühüm amil olub. «Koreya kimi inkişaf eləmiş bir ölkənin kapitalını, texnologiyasını Azərbaycan öz məqsədlərinə uyğun sahələrə yönəldib, hər iki tərəfin nəsə əldə etməsi strategiyasını yeridə bilər». Neft ölkəsi olmasa da Koreyada neft-kimya sənayesi inkişaf edib və dünyada beşinci yerdədir.


Ekspertin fikrincə, bu ölkənin daxili bazarı kiçik olsa da burada əsas rolu xarici investisiya oynayır. Koreyanın neft-qaz sənayesi ilə bağlı doktorluq dissertasiyası üzərində işləyən Vasif Əliyev bildirir ki, inkişafın Koreya modeli Azərbaycan üçün nümunə ola bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG