Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

UEFA Azərbaycan və Ermənistan futbol yığmaları arasındakı görüşlə bağlı mayın 12-də qərar verəcək


Mayın 11-də İsveçrənin Nion şəhərində - Avropa Futbol Federasiyaları Assosiasiyasının - UEFA-nın qərargahında Azərbaycan və Ermənistan futbol qurumlarının görüşü olub. Görüşdə, 2008-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsində eyni qrupa düşən Azərbaycan və Ermənistan futbol yığmaları arasındakı görüşün yeri müəyyənləşdirilməliydi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın Baş katibi Fuad Əsədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, UEFA rəhbərliyinin də iştrak etdiyi görüşdə tərəflərin istəkləri dinlənilib. Amma qitə futbol qurumunun qərarı mayın 12-də veriləcək.


Azərbaycan tərəfi seçmə mərhələ çərçivəsindəki hər iki oyunun iki ölkə arasındakı münaqişə üzündən neytral meydanda keçirilməsini istəyir, Ermənistan Futbol Federasiyası isə milli komandaların Bakı və Yerevanda oynamalarını təklif edir və Azərbaycan yığmasına Yerevandakı oyunla bağlı təhlükəsizlik təminatı verəcəklərini bildirir.


XS
SM
MD
LG