Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:50

Əcnəbilər Bakıda...


Əfqanıstandan Bakıya gələn Şərifilər ailəsi, 7 may 2006
Əfqanıstandan Bakıya gələn Şərifilər ailəsi, 7 may 2006

Onlar Azərbaycan dilini öyrənir, mühiti doğma sayır, ailə də qururlar


İndi Bakının küçələrində əvvəlki illərdən fərqli olaraq daha çox əcnəbi dilləri eşitmək olur. Artıq bir neçə il Azərbaycanda yaşayan həmin əcnəbilərdən Azərbaycan dilində danışanları, burdakı mühiti doğma sayanları da var.


Amerikadan gələn Sara Polsvoz [SarahPaulsworth] Azərbaycan dilini Şəkidə öyrənib. ABŞ-ın qeyri-hökumət təşkilatı olan Sülh Korpusunun tərkibində Şəkidə uşaqlara ingilis dili dərsi keçib. Deyir ki, doğulduğu Filadelfiyadan sonra Şəkidə yaşamaq onun üçün çox maraqlı olub. «Orada təbiət çox gözəldir. Adamları da çox mehriban, şirin danışırdılar. O vaxt mən də onlar kimi danışırdım, Bakıya gələndə təəccüblənirdilər ki, sən şəkililər kimi necə danışırsan».


Sara Azərbaycandakı adət-ənənələrlə də maraqlanır, bayramlardan isə novruzu sevir. Sara deyir ki, vətəninə qayıdandan sonra onun ən çox yadında qalan da Şəkidə qaldığı evdə ev sahibinin qızının toyu olacaq. «Mən onları bacılarım kimi sevirdim. Biri Ülkər idi, biri Lalə. Lalənin toyuna necə hazırlaşmağımızı, toyun necə yaxşı keçməsini xatırlayacağam».



Sara Polsvoz, 7 may 2006
5 ilə yaxındı Əfqanıstandan Bakıya gələn Şərifilər ailəsi isə öz musiqilərindən, adət-ənənələrindən danışmağı daha çox sevirlər. 9 nəfərlik ailədə ata Məhəmmədtahir Şərifi dərzi işləyir. Azərbaycanda onlara yad münasibət olmadığını deyir. «Camaat çox yaxşıdır. Heç kim mənə deməyib ki, siz bura haradan gəlmisiniz. Oğlum burda qızla nişanlandı, Allah qoysa bir neçə aya toy edəcəyik».

Toydan söz düşmüşkən, ailənin xanımı Gülaley deyir ki, əfqanlarda qızlara üç ad qoyurlar. Birinci ata-anası ona ad verir, ikinci adı sənəddə olur, üçüncünü isə ailə qurandan sonra alır.


Ailənin böyük oğlu Mustafanın nişanlısı Günay deyir ki, gələcək ailənin adətlərini artıq bilir, ona hansı ad qoyacaqlarını isə maraqla gözləyir.


Ailənin böyük qızı Fireyba isə əfqan qızların necə yemək hazırlamasından danışır.


Kiçik qız Şəkilə isə əfqan yeməyi olan nəməkpara bişirməyi çox sevdiyini deyir.


Evin xanımı Gülaley deyir ki, vaxtilə öyrəndiyi tikib-toxumaq, muncuqla parçaları bəzəmək indi onun işinə yarıyır. Əl işlərindən sərgilər keçirir, satış da olur.


Bu ailə Bakıda qaçqın kimi yaşadığından indi Kanadaya getməyə hazırlaşırlar. Deyirlər ki, özləri ilə birinci aparacaqları əfqan musiqisi yazılan köhnə audiokasetlər olacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG