Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:54

«Sərhədsiz Reportyorlar»: «Azərbaycan insan haqlarını pozmaqda davam edərsə, ona sanksiya tətbiq edilməlidir»


«Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı dünyada söz azadlığının ən çox pozulduğu 10 ölkənin BMT-nin İnsan Haqları Şurasına seçilməsini «biabırçılıq» adlandırır. Təşkilata görə, Əlcəzarir, Azərbaycan, Banqladeş, Çin, Kuba, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı və Tunisin bu şuraya seçilməsi həmin qurumdan yaxşı bir şey vəd etmir.


«Əgər Azərbaycan və Şuraya seçilmiş, insan haqları pozucuları kimi tanınan digər dövlətlər insan haqlarını əvvəlki kimi pozarsa, onda qurumun digər üzvləri onlara qarşı sanksiyalar tətbiq edə bilər».


Bunu «Azadlıq» radiosuna «Sərhədsiz Reportyorlar» Təşkilatının Avropa bölümünün rəhbəri Annabel Arki deyib. Xanım Arkiyə görə, təşkilat Şuraya ona görə ümid bəsləyir ki, onun insan haqlarına hörmət edən üzvləri - Kanada, Çexiya, Finlandiya, Almaniya qurumun nüfuzdan düşməsinə yol verməyəcək.


Annabel Arki: «Bu ölkələrə təsir göstərməyin yeganə yolu odur ki, onları jurnaslistlərə zor tətbiq etməməyə məcbur etsinlər, jurnalistlər peşə fəaliyətinə görə, həbsə atılmasın. Azərbaycan da daxil olmaqla, bəzi ölkələr, qətlə yetirilən, təcavüzə məruz qalan jurnalistlərin işini araşdırsın. Əgər Azərbaycan və digər ölkələr bu insan haqlarına hörmət etməsələr, onda İnsan Haqları Şurasının digər üzvləri onlara sanksiya tətbiq etməlidirlər».


Annabel Arki eyni zamanda, Kuba, Çin və Azərbaycanda söz azadlığının eyni vəziyyətdə olmadığını deyir. Ancaq


Azərbaycanda son iki ildə söz azadlığı sahəsində vəziyyətin getdikcə pisləşməsinə diqqət çəkir.


«Sərhədsiz Reportyorlar»ın mayın 11-də yaydığı bəyanatda deyilir ki, əslində, QHT-lərin pislədiyi BMT-nin keçmiş İnsan Haqları Komissiyasıyla hazırkı qurumun elə bir fərqi yoxdur, çünki, Şuraya eyni ölkələri seçiblər: «Ən pisi odur ki, 10 ölkədən 7-si 3 il müddətinə seçilib, şuranın qaydalarına görə, bu, ən uzun müddətdir və bu qaydalara yenidən baxılmalıdır».


«Sərhədsiz Reportyorlar» bu ölkələrin İnsan Haqları Şurasına seçilməsini həmin ölkələr üçün qələbə, BMT üçün məğlubiyyət hesab edir.


Azərbaycan mayın 10-da BMT-nin İnsan Haqları Şurasına 3 illik müddətə seçilib. Azərbaycan rəsmiləri isə beynəlxalq təşkilatların ölkədə insan haqlarının vəziyyətinə dair bəyanatlarını qərəzli sayır və bu sahədə islahatlar aparıldığını bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG