Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:47

«Karyera Günləri»


AIESEC hər il bir çox ölkədə, yüzlərlə universitetin tələbələri üçün eyniadlı tədbir təşkil edir
AIESEC hər il bir çox ölkədə, yüzlərlə universitetin tələbələri üçün eyniadlı tədbir təşkil edir

AIESEC gənclərə karyera qurmaqda yardımçı olmaq üçün tədbir keçirəcək


Tələbə təşkilatı olan AIESEC-in (İqtisad və Kommersiya Elmləri üzrə Tələbələrin Beynəlxalq Assosiasiyası) Azərbaycan nümayəndəliyi iyunun 1 və 2-də Əl oyunları Sarayında tələbələr üçün “Karyera Günləri” adlı tədbir keçirməyi planlaşdırır. Tədbirin əsas məqsədlərindən biri tələbələrin müxtəlif şirkət nümayəndələri ilə görüşünü təşkil etmək və onlara öz karyeralarını qurmaqda yardımçı olmaqdan ibarətdir.


AIESEC -in Azərbaycan nümayəndəliyinin rəhbəri Bəxtiyar Hacıyev: “Hansı karyera imkanlarının olması, iş dünyasında hansı xüsusiyyətlərə üstünlük verildiyi barədə tələbələrdə təsəvvür yaratmaq istəyirik”.


Tədbirdə təxminən 30 şirkətin iştirakı gözlənilir.


Bəxtiyar Hacıyevin bildirir ki, “Karyera Günləri” tədbiri iki hissədən ibarətdir.


Birinci hissədə şirkətlərin təqdimatı olacaq. İkinci hissədə isə şirkətlərin nümayəndələri idarəetmə, komandada liderlik və başqa bu kimi mövzularda seminarlar keçirəcək.


Şirkətlərin təqdimatında marağı olan hər bir tələbə iştirak edə bilər. Seminarlarda da iştirak etmək istəyənlər isə bu həftə yaradılacaq internet saytda qeydiyyatdan keçməlidirlər. Bəxtiyar Hacıyev deyir ki, tələbələr bu saytda qeydiyyatdan keçməklə, həm də gələcəkdə özlərinə iş tapa bilərlər.


AIESEC təşkilatı dünyanın 95 ölkəsinin 850-dən çox universitetində fəaliyyət göstərir. Azərbaycan təşkilata bu ilin fevralında üzv olub.


«Gənclər Hərəkətdə»


Hansı hüquqlarının olduğunu və onları necə müdafiə etməyi bilməyənlər “Gənclər Hərəkətdə” adlı treninqdə iştirak etməklə suallarına cavab tapa bilərlər. Bu treninqi Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai Birliyi və Amerika Hüquqşünaslar Birliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirir.


Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai Birliyinin sədri Fatma Abdullayeva: “Məqsədimiz Azərbaycanın regionlarında Avropa İnsan Hüquqları Konvensiyası və insan haqlarının Avropa Məhkəməsində müdafiəsi haqqında geniş informasiya yaymaqdır”.


Treninq iyunun 2-dən 5-dək Bakıda keçiriləcək. İştirakçılar Azərbaycanın bütün bölgələrindən seçiləcək.


Fatma Abdullayevanın sözlərinə görə, treninqdə iştirak pulsuzdur. Maraqlananlar anket formasını doldurub mayın 20-dək Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai Birliyinə təqdim etməlidirlər.


DİNLƏYİN!


XS
SM
MD
LG