Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:27

«Ayna»: «Pentaqon Azərbaycanı platsdarma çevirir»


NATO Parlament Assambleyasının iyunda keçiriləcək yaz sessiyası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi hələ dəqiqləşməyib. Bu haqda «Yeni Azərbaycan» qəzeti xəbər verir. Xarici İşlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, bu, nazirlərin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündən sonra məlum olacaq. Bununla belə, Elmar Məmmədyarov hələ ki, belə bir görüşün təşkilinə ehtiyac görmür. Onun fikrincə, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar prosesinin son vəziyyəti belə bir görüşə şərait yaratmır.


«Ayna» qəzetindəki «Pentaqon Azərbaycanı platsdarma çevirir» başlıqlı məqalədə bildirilir ki, bir neçə gündən sonra ABŞ Dövlət Departamentinin və Pentaqonun yəksək vəzifəli və rütbəli şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Onlar Azərbaycanda enerji layihələrinin və Xəzərin təhlükəsizliyi məsələləri və Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının öyrənilməsinə çalışacaqlar. Müəllifin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, amerikalı mətəxəssislər habelə «böyük səkkizlik» tərəfindən kütləvi qırğın silahlarının yayılmamasına dair sürülmüş təşəbbüsə Azərbaycanın qoşulması imkanlarını da araşdıracaqlar.


«Bakı-Xəbər» qəzetindəki «Hərbi xərclərin ixtisar olunacağı gözlənilir» başlıqlı məqalədə bildirilir ki, Bakının kiçikmiqyaslı da olsa, hərbi əməliyyatlara başlamasının mümkünlüyünün Ağ Evdə narahatlıq yaratması və İlham Əliyevin həm də buna görə ABŞ-a dəvət edilməsi ehtimalı var. Müəllif yazır ki, səfər zamanı Vaşinqtonun İ.Əliyevə belə bəyanatların zərərli olduğunu anlatmaqla yanaşı, onun münaqişənin ancaq diplomatik yolla həll ediləcəyinə dair öhdəlik götürməsinə də nail olunduğu şübhə doğurmur. Müəllifin fikrincə, İ.Əliyevin ABŞ-dan qayıtdıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli haqda danışarkən populist bəyanatlardan qaçması və indi problemin sülh yolu ilə həlli istiqamətində səylərin artırılacağından danışması belə nəticə çıxarmağa əsas verir.


XS
SM
MD
LG