Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:16

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yenidən təşkil edilməsi tələb olunur


Sülh və Demokratiya İnstitutu (SDİ) tərəfindən həyata keçirilən korrupsiyayla bağlı qanunvericilik bazasının və Dövlət Proqramının monitorinqinin nəticələrinə görə, sonuncu sənəd demək olar ki, tam yerinə yetirilməyib. Korrupsiyayla mübarizə üçün nəzərdə tutulan qanunvericilik bazası isə hələ tam deyil. Bunun da əsas səbəbi qanunların və proqramın konkret icra mexanizmlərinin təkmil olmaması və icra hakimiyyəti orqanlarının yetərincə məlumatlandırılmamasıdır.


SDİ üçün bu monitorinqi həyata keçirən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı mayın 10-də keçirdiyi mətbuat konfransında bildirdi ki, monitorinqi Bakı və altı rayonda aparıblar.


Mətbuat konfransına qatılan qeyri-hökumət təşkilatlarının nümayəndələri Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın da fəaliyyətinin yetərli olmadığını və yenidən təşkil edilməsinin vacibliyini bildirdilər. Bundan başqa, bir sıra iri dövlət qurumlarında struktur islahatları adı altında korrupsiyanın bir növü olan qohumbazlığın davam etməsi haqda da ittihamlar səsləndirildi.


Korrupsiyaya qarşı mübarizə tədbirləri haqda Dövlət Proqramı 2004-cü ildə təsdiq olunub. Proqram çərçivəsində korrupsiyaya qarşı mübarizə məqsədilə bir neçə qanun qəbul edilib və xüsusi qurumlar yaradılıb.


XS
SM
MD
LG