Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:30

Cənubi Koreyanın prezidenti Azərbaycana gəlib


Cənubi Koreyanın prezidenti Ro Mu Hyun Azərbaycana rəsmi səfərə gəlib. Koreya prezidentini səfərdə iş adamları, hökumət üzvləri müşayiət edir. Cənubi Koreya prezidenti Bakıya mayın 10-da gəlsə də, rəsmi səfəri mayın 11-də Azərbaycan prezidenti ilə görüşlə başlayacaq. Daha sonra hökumət üzvlərinin iştirakıyla aparılacaq danışıqlardan sonra ikitərəfli əməkdaşlıq haqda sazişlərin imzalanması və brifinqin keçirilməsi nəzərdə tutulub. Prezident iki ölkənin iş adamlarının qatılacağı biznes-forumda da iştirak edəcək, “Səngəçal” terminalında və Milli Məclisdə olacaq. Mayın 13-də başa çatacaq səfərdən sonra prezident Bakıdan Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.






XS
SM
MD
LG