Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:20

Hökumət köhnə avtomobillərin ölkəyə buraxılmaması ilə bağlı təklifi qəbul etməyib


Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən istifadə olunmuş avtomobillərə tətbiq edilən rüsumların artırılmasını istəyir


Azərbaycan hökuməti Dövlət Gömrük Komitəsinin (DGK) müəyyən qədər köhnələn xarici avtomobillərin ölkəyə buraxılmaması ilə bağlı təkliflərini qəbul etməyib. DGK-dan verilən məlumata görə, qurum bunun əvəzində ölkəyə gətirilən istifadə olunmuş avtomobillərə tətbiq edilən rüsumların artırılması üçün hökumətə müraciət edəcək. Bir müddət əvvəl DGK ekoloji amilləri əsas gətirərək, 4 ildən köhnə olan Rusiya, 8 ildən köhnə olan digər xarici ölkə istehsallı avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulmasını istəmişdi. Bugünkü rüsumlara görə, təzə avtomobili Azərbaycana gətirmək üçün motorun hər kub santimetrinə 40 sent, 1 ildən çox istifadə olunan maşınlara görəsə, 70 sent idxal rüsumu və 18 faiz əlavə dəyər vergisi alınır.



Günün bütün mövzuları

XS
SM
MD
LG