Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:35

Korrupsiyaya qarşı mübarizəni kim aparsın?


Korrupsiyaya qarşı nəzarəti ictimaiyyət həyata keçirməlidir
Korrupsiyaya qarşı nəzarəti ictimaiyyət həyata keçirməlidir

Korrupsiyaya Qarşı Mübarizə Fondu əhalinin mübarizə aparıb hüquqlarını müdafiə etməkdənsə rüşvət verib öz işini həll etməkdə daha çox maraqlı olduğunu iddia edir


Ötən həftə iyirmidən çox qeyri-hökumət təşkilatı korrupsiyaya qarşı mübarizə aparmaq üçün birgə bəyannamə imzaladı. Sənədə imza atanlar bəyan elədilər ki, onların əsas məqsədi korrupsiyaya qarşı mübarizədə vətəndaş fəallığını artırmaqdır, çünki korrupsiya ayrı-ayrı məmurların varlanmaq istəyindən irəli gəldiyindən onların bir-birinə qarşı mübarizə aparması inandırıcı görünmür.

Bəyanatı imzalayan təşkilatlardan birinin - Azadlıq Hərəkatçıları Birliyinin nümayəndəsi Təhmasib Novruzov deyir ki, korrupsiyaya qarşı nəzarəti ictimaiyyət həyata keçirməlidir.


Sənədə imza atan Xalq Hərəkatı Partiyasının sədri Nəsir Ağayevin fikrincə, isə korrupsiya ilə mübarizədə vətəndaşların fəallığının artırılması əksər məmurların ürəyincə deyil.


Bəyannaməni imzalayanlar daha biri - sabiq Təhsil Naziri Firudin Cəlilov da hesab edir ki, rüşvəti yüksək vəzifəli məmurlar aldığından onların bir-birinə qarşı mübarizə aparmasını inandırıcı deyil: “İctimai qınaq olmasa rüşvətin kökünü kəsmək olmaz. Rüşvət elə bir şeydir ki, qurd ağacı içərisindən yeyən kimi o da cəmiyyəti içəridən dağıdır, yəni bunu lap prezident səviyyəsində bütün hökumət əlinə qılınc alıb mübarizə aparsa belə kökünü kəsə bilməz. ...Artıq bu sistem yaranıb, həmin sistemi dağıtmaq üçünsə ictimai təzyiq lazımdır”.


QHT kimi fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Mehriban Abdullayeva deyir ki, pasport masalarda, adicə arayış almaq üçün elə şərait yaradılır ki, vətəndaşlar tələb olunan sənədləri özləri toplamaqdansa kiməsə 5-10 manat verib məsələnin tez həll edilməsinə çalışırlar.


İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri və Anti-Korrupsiya Alyansının üzvü Məhərrəm Zülfüqarlı da düşünür ki, korrupsiyaya qarşı mübarizəyə nə qədər vətəndaş cəlb olunsa, nəticə də bir o qədər effektli olar.


Milli Məclisin İqtisadi siyasət daimi Komissiyasının sədr müavini Azər Əmiraslanov isə deyir ki, ötən illərlə müqayisədə hazırda korrupsiyaya qarşı mübarizədə ilkin tədbirlər həyata keçirilir: proqram hazırlanıb, qanunlar qəbul olunub. Prezident Aparatında da Dövlət Nəzarəti Şöbəsinin gücləndirilməsi istiqamətində işlər görülür. Cənab Əmiraslanova görə, bu heç də o demək deyil ki, görülən işlər tez bir vaxtda beynəlxalq təşkilatların korrupsiya ilə bağlı hesabatlarında Azərbaycanın reytinqinə ciddi təsir edəcək.


Korrupsiyaya Qarşı Mübarizə Fondunun İcraçı direktoru Vasif Mövsümov hesab edir ki, hökumət bu neqativ hala qarşı mübarizədə öz siyasi iradəsini ortaya qoyub, amma çatışmayan ictimai iradədir. Bir neçə rayonda sorğu keçirdiklərini deyən cənab Mövsümova görə, əldə olunan nəticələrdən belə aydın olub ki, əhali rüşvət verib öz işini həll etməkdə daha çox maraqlıdır, nəinki mübarizə aparıb hüquqlarını müdafiə etməkdə.


DİNLƏYİN!


XS
SM
MD
LG