Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30

Ümumdünya Yəhudi Konqresi Bakıda keçirilməyəcək


Mayın 15-də Bakıda keçirilməsi planlaşdırılan Ümumdünya Yəhudi Konqresinin yeri və vaxtı dəyişdirilib. Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin Bakıdakı Nümayəndəliyinin rəhbəri Asif Bayramov belə deyir. Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə məsləhətləşmələrdən sonra regiondakı gərgin ictimai-siyasi vəziyyət nəzərə alınaraq, tədbir başqa bir vaxta və məkana təxirə salınıb. Cənab Bayramov bildirir ki, bu qərar təhlükəsizlik məsələlələri ilə bağlı deyil, çünki Azərbaycan hökuməti konqresin keçirilməsi üçün təminat verirdi.


Bügünlərdə Azərbaycan Ziyalılar Hərəkatı da prezident İlham Əliyevə və İsrailin Bakıdakı səfirliyinə müraciət edərək, Azərbaycanın maraqlarına zərər dəyməməsi və təhlükəsizlik məsələləri ilə bağlı konqersin yerinin dəyişdirilməsini istəmişdi. Amma müraciətdə bunun yəhudilərə qarşı hər hansı mənfi münasibətlə əlaqədar olmadığı da vurğulanmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG