Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14

«Üç nöqtə»: «Qazaxın mərkəzinə içməli və texniki suyun verilməsi dayandırılıb»


«Şərq» qəzetindəki «Hü­quq mü­da­fiə­çi­lə­ri­nin yan­lış mən­ti­qi» başlıqlı məqalədə müəllif yazır ki, Azər­bay­can döv­lə­ti am­nis­ti­ya və əf­vi ənə­nə­vi xa­rak­ter da­şı­yan mə­sə­lə­yə çe­vi­rib. Amma dün­ya­nın heç bir de­mok­ra­tik öl­kə­sin­də «bu hu­ma­nizm­dir, in­san haq­la­rı­na hör­mət­dir», de­yib, həbs­xa­na­la­rı bo­şalt­maq fak­tı­na rast gəl­mək müm­kün de­yil. Azərbaycanda isə «ha­mı­ya rəhm edək, azad­lıq ve­rək» de­yən­lər ya öz­lə­ri­ni hu­ma­nist ki­mi cə­miy­yə­tin gö­zü­nə sox­ma­ğa, xal top­la­ma­ğa səy edir­lər, ya da ci­na­yət­kar­la­rı həbs­dən qur­tar­ma­ğın qar­şı­lı­ğın­da niy­yət­lə­ri bö­yük ma­liy­yə vəsaiti qa­zan­maq­dır. Amma ci­na­yət­kar­la­rın azad­lı­ğa bu­ra­xı­lan­dan son­ra rea­bi­li­ta­si­ya­sı, iş­lə tə­mi­na­tı, psi­xo­lo­ji prob­lem­lə­rin ara­dan gö­tü­rül­mə­si is­ti­qa­mə­tin­də ça­lı­şan so­si­al ins­ti­tutut­lar isə Azərbaycanda hələ də yox­dur.


«Üç nöqtə» qəzetində bildirilir ki, Qazax rayonunun əsas yaşayış məntəqələrini su ilə təmin edən Yoraz Su Anbarından Ağstafa çayı boyu şəhərə gələn su kəmərinin bir neçə yerdən partlaması nəticəsində şəhərin mərkəzi hissəsinə içməli və texniki suyun verilməsi dayandırılıb. Rayon İcra Hakimiyyətinin şöbə müdiri Məhəmməd Əsədovun verdiyi məlumata görə, respublikanın qərb bölgəsinə yağan aramsız yağışlar nəticəsində yaranmış daşqınlar çayın içərisindən keçən 300 metrlik borunu tamamilə dağıdıb. Məhəmməd Əsədov bildirib ki, rayona gələn işməli su magistralında daxili vəsaitlər hesabına təmir-bərpa işləri başlanıb və çox güman ki, əhali yaxın günlərdə içməli su ilə təmin olunacaq.


«Azadlıq» qəzetində bildirilir ki, Müdafiə Nazirliyi hərbi hissələrin keyfiyyətli ətlə təmin edildiyini bəyan etsə də, əsgərlər bunun əksini deyirlər. Müəllif iddia edir ki, üz tutduğu əsgərlərin hər biri onlara verilən ətin çox dadsız olduğunu və pis qoxu verdiyini deyib. Müdafiə Nazirliyi isə hərbi hissələrin qida təminatı ilə bağlı aprelin 3-də keçirdiyi tenderin nəticələrini ləğv edib. Səbəb kimi isə qiymətin baha olması, yəni, qalib firmaların ətin bir kiloqramını 17-18 min manata təklif etməsi göstərilib. Amma müəllifə görə, hazırda mal ətinin kiloqramı 20 min manatdırsa, onda ətin topdansatış qiymətinin 17-18 min manat olması inandırıcı görünür. Belə olan halda tenderin nəticələrinin ləğv edilməsində Müdafiə Nazirliyinin əsl məqsədi kölgə altında qalmış olur.


XS
SM
MD
LG