Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:54

Xəbərlər


Bakıda – Muzeylər Mərkəzində « Şuşa və şuşalılar» adlı retrospektiv sərgi açılıb. Sərgidə təxminən 150 fotoşəkil nümayiş etdirilir. Şuşanın tanınmış ziyalılarının fotoları, onların arxivində saxlanan fotolar, memarlıq abidələrini əks etdirən şəkillər və təbiət mənzərələri ilk dəfədir ki, ayrıca sərgidə göstərilir.



Ümumdünya Kitab Günü Azərbaycan paytaxtında məxsusi konfransla qeyd olunub. «Ölkədə nəşriyyat işinin problemləri və onları aradan qaldırmaq yolları» adlanan konfransa kitab biznesiylə məşğul 30-dan çox təşkilat qatılıb. Əsas problemlər sırasında kitab bazarının öyrənilməsiylə bağlı araşdırmaların yoxluğu, kitab-satış şəbəkəsinin acınacaqlı durumu, pirat nəşrlər, kitab bazarında ortaq strategiyanın olmaması və korrupsiya vurğulanıb.




ŞUŞA ŞƏHƏRİNİN SALINMA TARİXÇƏSİ (Tarixçə 1996-cı ildə Bakıda buraxılan «Azərbaycan tarixi» kitabından götürülüb): Məhəmməd Həsən xan Qacarın Azərbaycan xanlarını özünə tabe etmək uğrunda mübarizəsi genişləndikcə vəziyyət dəyişdi. Pənah xan həm də xanlıqlar arasında çəkişmələrin gücləndiyini görüb öz dövlətinin—Qarabağ xanlığının müdafiəsi işinə girişdi və... yeni bir şəhər-qala salmaq qərara alındı...




...Bu məqsədlə Şahbulaqda toplanan Dövlət Şurasında Pənah xan dedi: «Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirəyə ala bilməsin. Qalanın bir tərəfi dağlarda olan elatın üzünə açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz kəsilməməlidir»...




... Bayat və Şahbulağın acı təcrübəsi daha alınmaz bir yer seçilməsinə şərt qoymuşdu. Belə bir yer Azərbaycanın qədim yaşayış yerlərindən olan, ancaq monqollar tərəfindən dağıdılmış Şuşa oldu. Bu yerdə quyulardan içməli su çıxması çox mühüm göstəriciydi. Qısa bir vaxt içərisində burada bərpa işləri aparıldı və yeni qala tikildi. Şəhərə Pənahabad adı verildi»...




XS
SM
MD
LG