Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:17

Naxçıvanda güclü qasırğa olub


Mayın 7-də təxminən saat 17:20-də Muxtar Respublikada qəflətən başlayan güclü qasırğa ciddi dağıntılara səbəb olub. Təqribən 15-20 dəqiqə davam edən qasırğanın mərkəzi Naxçıvan şəhəri olduğundan, dağıntılar ən çox şəhərdə və şəhərətrafı kəndlərdə qeydə alınıb. Naxçıvan şəhərində icra hakimiyyəti və Respublika Xəstəxanasının binası da daxil olmaqla beşmərtəbəli binaların örtükləri uçub. Şəhərətrafı kəndlərdən daxil olan məlumatlara görə, güclü qasırğa meyvə ağacları, eləcə də taxıl zəmilərinə də ciddi ziyan vurub.


Qasırğa elektrik dirəklərini də yerə yıxdığından, bəzi şəhərətrafı kəndlərdə elektrik enerjisi kəsilib. Şəhərdə də qasırğa zamanı elektrik xətlərində partlayışlar müşahidə edilib. Bəzi binalara hələ də elektrik enerjisi verilməyib.


İnsan tələfatının olub-olmaması ilə bağlı hələlik hər hansı bir məlumat yoxdur.


XS
SM
MD
LG