Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:05

Təhsil nazirinin son qərarı...


Özəl ali məktəblərdə tibb fakültələrinə tələbə qəbulunu dayandırılır. Odlar Yurdu Universitetinin rəsmi saytından
Özəl ali məktəblərdə tibb fakültələrinə tələbə qəbulunu dayandırılır. Odlar Yurdu Universitetinin rəsmi saytından

«Panorama»nın bu dəfəki qonaqları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş sədri Vurğun Əyyub, Təhsil Nazirliyindən İcra Aparatının rəhbəri İlham Pirməmmədov və Xəzər Universitetinin rektoru Hamlet İsaxanlıdır. Söhbətdə həmçinin «Xalq» qəzetindən Səbuhi Məmmədov və «Yeni Müsavat» qəzetindən Xalid Kazımlı iştirak edir.


Təhsil naziri Misir Mərdanov bildirir ki, onlar 17 xarici ölkə ali məktəbinin filialının bağlanması iddiası ilə məhkəməyə müraciət edəcəklər. Bundan başqa, nazirlik bütün özəl ali məktəblərdə hüquq, beynəlxalq hüquq, tibb və tibbi biologiya fakültələrinə tələbə qəbulunu dayandırıb. Müstəqil Azərbaycan Universitetinin ləğvi haqqında da qərar qəbul olunub.


Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı xarici ölkə ali məktəblərinin filiallarının ləğvini təqdir edir. Amma özəl ali məktəblərin hamısında müəyyən ixtisaslara tələbə qəbulunun dayandırılmasının əleyhinədir: «Hesab edirəm ki, Xəzər Universitetində hüquq və tibb fakültələri o biri fakültələr kimi kifayət qədər səviyyəlidir. Biz o fakültələrin inkişafı üçün çox böyük işlər görmüşük. Bakalavr, magistr səviyyəsində bütün tədris proqramları beynəlxalq standartlara uyğunlaşdırılıb».


Təhsil Nazirliyindən İcra Aparatının rəhbəri İlham Pirməmmədovsa deyir ki, onların bu addım atmasına səbəb məzunların işlədikləri, müsabiqədən keçdikləri müəssisələrin narazılığı, ictimaiyyətdən gələn şikayətlərdir: «Demək ki, filan universitetin keyfiyyəti yüksəkdir, bu, mənasızdır. Bunu o məzunları işə götürən təşkilatlar deməlidir. Hamlet müəllim düz deyir: Xəzər Universiteti Azərbaycanda ən şəffaf, ən inkişaf etməkdə olan universitetlərdən biridir. Amma razılaşaq ki, bayaq mən dediyim o şərtlər Hamlet müəllimgildə hazırda dövlətinkindən aşağıdır».


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub isə Təhsil Nazirliyinin atdığı addımı doğru, amma gecikmiş bir addım hesab edir: «1994-cü ildən başlayaraq Azərbaycanda özəl ali məktəblər istər yüksək məmurların, istər həmin universitetləri açmaq istəyənlərin gəlir mənbəyinə çevrilib. Bütün bunların müqabilində Azərbaycanda təhsil siyasətinə birbaşa cavabdeh olan Təhsil Nazirliyi aciz uşaq kimi dayanıb baxırdı. Mən mətbuatda bir neçə dəfə oxudum ki, Misir müəllim hansısa özəl ali məktəblərin haqqında məsələ qaldırıb. Amma illərlə sürünüb, çünki bir nazir kimi öz iradəsini ortaya qoyub, bu məsələdə nə dərəcədə haqlı olduğunu sübuta yetirə bilmədi...»


DİNLƏYİN!


XS
SM
MD
LG