Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:29

İşsizlik problemi...


Naxçıvan, "Qul bazarı", 25 yanvar 2006
Naxçıvan, "Qul bazarı", 25 yanvar 2006
Azərbaycanda işsizliyin azaldılması üçün hansı işlər görülür? Ermənistanda niyə işsizlik baş alıb gedir? Gürcüstanın özündə işsizlərə yardım ləğv olunur, xarici ölkələrdəkiləri də geri qaytarırlar.

20 il əvvəl İrlandiyada işsizlik 20 faiz idi. İndi orda işsizliyin səviyyəsi Avropa üçün orta səviyyədən də aşağıdır - cəmi 4,5 faiz. İrlandiyada işsizlik məsələsi birinci, vergilərin azaldılması hesabına həll olunub. Sahibkarlığa, biznesə qol-qanad verən də elə budur. Azərbaycanda problem tək vergi deyil. Burada sahibkarlığa ən böyük maneə korrupsiya, bir də qanunsuz yoxlamalardır. Ona görə, biznesdən başı çıxan da öz firmasını yaratmaqdansa, hansısa şirkətdə, həm də xarici müəssisədə işləməyi üstün tutur. Əlbəttə, iş varsa. İndi dövlət iş yerlərinin açılması yönündə ciddi addımlar atdığını deyir.


Ermənistanda isə işsizlik problemi Azərbaycandakından da böyükdür. Azərbaycan hökuməti işsizliyin 1,2 faiz olduğunu, Ermənistan hökuməti isə ölkə əhalisinin 8 faizinin işsiz qaldığını deyir. Amma Azərbaycanda olduğu kimi, Ermənistanda da iqtisadçılar rəsmi rəqəmlərə gülürlər.


İşsizlik Gürcüstanın birinci problemidir. 7-8 il əvvəl sorğu aparanda camaat deyirdi ki, əsas problem, Gürcüstanın ərazi bütövlüyünün bərpa olunmamasıdır. Amma indi hamı işsizlikdən şikayətlənir.


DİNLƏYİN!


XS
SM
MD
LG