Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:12

«Ayna»: «Azərbaycanda «məxfi ordu» yaradılacaq»


«Bakı-Xəbər» qəzetindəki «Bakı İranla bağlı əvvəlki mövqeyindən geri çəkilir?» başlıqlı məqalədə müəllif yazır ki, İlham Əliyevin ABŞ-a reallaşdırılan ilk rəsmi səfərindən sonra İranın nüvə proqramı ilə bağlı Azərbaycanın mövqeyində müəyyən dəyişikliklər nəzərə çarpmaqdadır. Bu dəyişikliyi, ilk olaraq, Xarici İşlər naziri Elmar Məmmədyarov açıqladı: «BMT üzvü kimi Azərbaycan Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı hər hansı qərarını dəstəkləməli olacaq». Elmar Məmmədyarovun bu açıqlaması, ekspertlərə görə, əslində, bəri başdan İrana verilən mesajdır. Yəni, rəsmi Bakı bununla göstərmək istəyir ki, sadəcə, BMT-nin qəbul etdiyi qərara uyğun hərəkət edir, ayrıca şəkildə isə özü nüvə proqramını dəstəkləyir. Belə olan halda, yaranmış durumun İran-Azərbaycan münasibətlərinə müəyyən təsir göstərəcəyini müəllif qaçılmaz hesab edir.


«Ayna» qəzetindəki «Azərbaycanda «məxfi ordu» yaradılacaq» başlıqlı məqalədə bildirilir ki, müəyyən dövrdən sonra Azərbaycan vətəndaşlarının döyüş hazırlığının artırılması istiqamətində yeni addımların atılması mümkündür. Söhbət Amerikasayağı səfərbərlik standartlarının Azərbaycana tətbiq olunmasından gedir. Müəllif bu barədə hökumətə yaxın mənbədən məlumat əldə etdiyini yazır. Məlumata görə, yeni sistem adi səfərbərlik sistemindən fərqlidir. Burada vətəndaşların maddi maraqlarının rəhbər tutulması əsas məqsədlərdəndir.


«Yeni Azərbaycan» qəzetindəki «Bələdiyyələr üçün yeni vergi paketi qüvvəyə minib» başlıqlı məqalədə bildirilir ki, bundan sonra yerli özünüidarəetmə orqanları vergi uçotunu gizlədə bilməyəcək. Müəllif yazır ki, Vergilər Nazirliyi yeni sənədlər paketini hazırlamaqla vergi və rüsumların dəqiq hesablanma, uçot sisteminə nail olmaq fikrindədir.


XS
SM
MD
LG