Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:12

Gəncədə dekorativ tətbiqi sənət festvalı keçirilir


Aprelin 2-dən başlayaraq Gəncədə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ümumrespublika dekorativ-tətbiqi sənət festvalı başlayıb. Tədbirdə 14 rayonun sənət ustalarının əl işləri nümsayiş etdirilir.

Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadənin dediyinə görə, festivalın keçirilməsində məqsəd dekorativ sənət sahəsindəki problemləri və yenilikləri öyrənməkdir.

L.Axundzadə həmçinin deyib ki, belə festival ölkənin 7 bölgəsində təşkil olunacaq. Bölgələrdə ən yaxşı sənət nümunələri seçilərək paytaxtda təşkil olunacaq sərgidə nümayiş olunacaq. Sektor müdiri yaxşı əsərlərdən bir neçəsinin müəlliflərdən alınacağını da bildirib.
XS
SM
MD
LG