Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:31

2 milyon 700 min manatın taleyi…


Şuranın sədri Azay Quliyev bu məlumatların açıq şantaj və təhdid xarakteri daşıdığını deyir
«Üç nöqtə»: Prezident Yanında Qeyri - Hökumət Təşkilatlarına Dəstək Şurasının daxilində gərginliyin yarandığı bildirilir. Xəbər verilir ki, vəziyyət Şuraya ayrılan pulun ədalətli bölünməməsi üzündən çətinləşib. İddia edilir ki, Şura 2 milyon 700 min manat vəsaitin layihələr üzrə paylanılmasında ciddi pozuntulara yol verib.

Məlumatlara Şuranın sədri Azay Quliyev münasibət bildirib:

«Bir daha bəyan edirəm ki, belə bir məlumatın qəzetə ötürülməsi açıq şantaj və təhdid xarakteri daşıyır. Qeyd edim ki, həmin qüvvələr əvvəllər də şübhəli ismarıclar göndərib bizi təhdid edirdilər. Buna görə bəzi adamlardan şübhələnirdik…

…Düzü, indi onların adını açıqlamaq istəmirəm. Onların arasında QHT də var, adını QHT qoyub savadsız, səviyyəsiz layihələrlə Şuradan pul qoparmaq istəyənlər və xaricdə olan şəxslər, qurumlar da var».

«Azadlıq» qəzeti yazır ki, «çörək bahalaşacaq».

Azərbaycan dünəndən etibarən idxal olunan ərzaq buğdası və una əlavə dəyər vergisinin (ƏDV) tətbiqini bərpa edib. Ölkəyə idxal olunan ərzaq buğdası və unun ƏDV-dən azad edilməsi ilə bağlı Nazirlər Kabinetinin 2008-ci ilin aprelin 1-dən qüvvəyə minən qərarının müddəti artıq başa çatıb. Kənd Təsərrüfatı Nazirliyinin ekspertləri hesab edirlər ki, bu, ölkədə taxıl istehsalçılarının marağını artıracaq.

İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, 18 faizlik ƏDV-nin yenidən bərpası ərzaq buğdasının və unun qiymətinin bahalaşmasına səbəb olacaq: «Azərbaycan hər zaman bəyan edir ki, ölkə daxilində taxıl istehsal olunur və guya biz ümumi tələbatın bir hissəsini ödəyirik. Amma nəzərə almaq lazımdır ki, çörək üçün lazım olan əla növ un əsasən idxal taxılından hazırlanır. Ona görə də, ƏDV-nin bərpası nəticəsində ya qiymətlər bahalaşacaq, ya çörəyin çəkisi azalacaq. Əslində çəkinin azalması elə qiymətin bahalaşması deməkdir. Yəqin ki, bir müddətdən sonra özünü göstərəcək».

«Yeni Müsavat»: «Biz hələ kəndə arxa çevirməklə nə itirdiyimizin fərqində deyilik. Nefti üzümüzə yaxdıq və elə bildik ki, daha dərd-sərimiz qalmayacaq, hamımız varlı ərəb şeyxi olacağıq. Ərəb şeyxi olanlarımız tapıldı; amma ölkə və xalq olaraq xəyalqırıqlığı yaşamağımız da uzun çəkmədi. Bəlli oldu ki, neftdən bizim keçəlimizə dərman olmur, arada kartof-soğan, arpa-taxıl, qatıq-pendir də əldən getdi...». Şəhvələd Çobanoğlu «İti necə yeyirlərsə, sümükləri qalır…» sərlövhəli köşə məqaləsində belə yazıb.

«Bizi kənddən qaçıran səbəblər barədə müzakirə açmaq istərdim, amma yadıma bugünkü Azərbaycan taxılı barədə kəndlərdə eşitdiyim bir fikir düşdü. Sən demə, Azərbaycan taxılını Qazaxıstan taxılına qatıb üyüdürlər ki, ortaya bir şey çıxsın, çünki keyfiyyət çox aşağıdır. Yəni bizim taxılı idxal taxılının içində gizlədirlər. Bizim kənd bu günə düşüb».

«Yeni Azərbaycan»: «Türkiyədə keçirilən seçkilər Azərbaycanda da maraqla izləndi. Nəticələr müzakirə olundu, bir partiyanın enişi, digərinin yüksəlişi qismində mülahizələrdə irəli sürüldü. Hətta bəzi istefaların da ola biləcəyi mətbuat yol tapıb». Pərviz Sadayoğlu «Güclü dövlət formulu» adlı köşəsində belə yazır.

«Türkiyə Azərbaycanda olduqca sevilən bir ölkədir. Amma bu bir həqiqətdir ki, Türkiyədə hər hansı bir problemin öhdəsindən gəlmək, o qədər də, asan deyil».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG