Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:50

Fransa və Çin yenidən yüksək səviyyəli əlaqələrə başlayırlar


Fransa və Çinin prezidentləri Nikola Sarkozi və Hu Jintao Londonda görüşüblər, Tibetlə bağlı gərginliyə son qoymağı müzakirə ediblər.

Nikola Sarkozi ötən il Tibet üsyançılarının mənəvi lideri Dalay Lama ilə görüşmüşdü, bu da Pekinin qəzəbinə səbəb olmuşdu. Çin ötən ilin dekabrında Fransanın sədrlik etdiyi Avropa Birliyi ilə sammitdən imtina etmişdi.

Amma dünənki görüşdən sonra hər iki ölkə başçısı elan edib ki, mübahisəyə son qoymaq niyyətindədirlər və yenidən yüksək səviyyəli əlaqələrə başlayırlar.

XS
SM
MD
LG