Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:30

Belarus Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıya bilər


Bu gün Belarus parlamentində payız sessiyası başlayır. Məlumata görə, sessiya ərzində millət vəkillərinin baxa biləcəyi məsələlərdən biri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasıdır.

Bundan öncə Minsk Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı tələbinə qarşı çıxmışdı.

Abxaziya və Cənubi Osetiya özlərini 1990-cı illərdə müstəqil elan ediblər. Rusiya isə onların müstəqilliyini ötən il - Gürcüstanla silahlı münaqişədən sonra tanıyıb. Rusiyadan başqa Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini yalnız Nikaraqua tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG