Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:39

«Əfqanıstanda vəziyyət getdikcə pisləşir»


Əfqanıstanda vəziyyət getdikcə pisləşir. Bunu İraq və Əfqanıstandakı Amerika qoşunlarının komandanı general Devid Petreus deyib. Onun dediyinə görə, Əfqanıstanda döyüşçülərin fəallığı getdikcə artır, onlar ölkənin cənub və şərqində daha geniş əraziyə nəzarət edirlər. Senatda dinləmələrdə çıxış edən Petraus əlavə edib ki, bu vəziyyətdən çıxış ABŞ-ın uzunmüddətli və davamlı iştirakını tələb edir.

Amerikanın prezidenti Barak Obama ötən həftə ölkəsinin Əfqanıstanla bağlı yeni strategiyasını açıqlayıb. Söz verib ki, Əfqanıstana əlavə iyirmi mindən çox hərbi qulluqçu və diplomatik heyət göndərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG