Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:53

Bu gün Böyük İyirmilər Londonda görüşürlər (video)


Bu gün dünyanın daha çox inkişaf etmiş 20 ölkəsinin rəhbəri Londonda görüşürlər. Məqsəd qlobal iqtisadi böhrandan çıxmaq yollarını müzakirə etməkdir. Sammitdən öncə Almaniya və Fransanın liderləri Anqela Merkel və Nikola Sarkozi təklif ediblər ki, maliyyə bazarlarının daha kəskin tənzimlənməsi tətbiq edilsin. Amerikanın prezidenti Barak Obama bazarların tənzimlənməsi və ya iqtisadiyyatın stimullaşdırılmasından hansının daha vacib olması ilə bağlı sammit iştirakçıları arasında fikir ayrılığı olmasını inkar edib.

Gözlənilir ki, Böyük İyirmilər iqtisadi böhranla mübarizə məqsədilə əlavə 750 milyard dollar vəsait ayrılması qərarını verəcəklər.

Londonda bu gün də etiraz aksiyalarının keçiriləcəyi gözlənilir. Dünən bir qrup etirazçı ilə polis arasında qarşıdurma yaranıb, etirazçılar İngiltərə Mərkəzi Bankının şüşələrini sındırıblar. Polisin məlumatına görə, aksiya zamanı bir nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG