Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:17

Kəlbəcər rayonunun işğalından 16 il ötür


Bu gün Kəlbəcər rayonunun işğalından 16 il ötür. Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 53 mindən çox sakin Kəlbəcərdən qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.


Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
XS
SM
MD
LG