Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:46

«Bakı xəbər»: «İlham Əliyev «səfir dəbi»ni ləğv edir»


"Bakı xəbər" qəzetindəki "İlham Əliyev «səfir dəbi»ni ləğv edir" başlıqlı məqalədə müəllif yazır ki, dövlət başçısı İlham Əliyev atası Heydər Əliyevin dövründə aparıcı dövlət postlarında təmsil olunan şəxslərlə indi tamamilə xudahafizləşmə ərəfəsindədir. Müəllifin yazdığına görə, prezidentin ABŞ-a başa çatmış ilk rəsmi səfərindən sonra bu proses daha da sürətlənəcək. Buna əsas səbəb, indi dövlət başçısı üçün Qərbə, xüsusən də ABŞ-a islahatpərəst olduğunu, korrupsioner məmurlarla işləmədiyini nümayiş etdirməyin vacibliyidir.


"Üç nöqtə" qəzetindəki "Ünvanlı sosial yardım almaq istəyənlərin sayı 22 min nəfəri ötüb" başlıqlı məqalədə bildirilir ki, vətəndaşlardan 17 adda sənəd tələb edilməsi problem kimi göstərilsə də, vəziyyət əksini göstərir. Yəni bu günədək ünvanlı sosial yardım almaq istəyən vətəndaşlardan 2748 nəfərin müraciətinə müsbət cavab verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Vəfa Mütəllimovanın sözlərinə görə, həm paytaxtda, həm də bölgələrdə nazirliyin yerli şöbələrinə müraciətlər hələ də qəbul olunmaqdadır. Nazirlikdən həm də onu bildiriblər ki, aztəminatlı ailələrin uşaqlarına veriləcək müavinətlər yanvarın 1-dən hesablanacaq.


Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədr müavini Musa Quliyev isə "Yeni Azərbaycan" qəzetinin əməkdaşı ilə söhbətində bildirib ki, bu ilin iyul ayının 1-dən etibarən əhalinin sosial cəhətdən aztəminatlı hissəsi ünvanlı sosial yardımları almağa başlayacaq. Musa Quliyev artıq aztəminatlı ailələrin ünvanlı sosial yardım alması məsələsində neqativ halların da özünü büruzə verdiyini deyib. Bu kimi halların qarşısını almaqdan ötrü ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayan Musa Quliyevin fikrincə, neqativ hallara yol verən müvəkkillə vətəndaş cinayət məsuliyyətinə cəlb edilməlidir.


XS
SM
MD
LG