Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:43

ABŞ və Rusiya nüvə silahlarını azaltmaq haqda yeni saziş imzalayacaq


ABŞ və Rusiya nüvə başlıqlarının azaldılması proqramı üzərində çalışmaları davam etdirəcəklər

Böyük 20-liyin sammitində iştirak üçün Londona gələn ABŞ prezidenti Barak Obama və Rusiya Prezidenti Dmitri Medvedevin aprelin 1-də baş tutan görüşündə bu haqda razılıq əldə olunub.

Prezidentlərin imzaladığı birgə bəyannamədə qeyd olunur ki, tərəflər 1991-ci ildə imzalanan Strateji Silahların İxtisarı Sazişinin müddəti başa çatana qədər, 2009-cu ilin dekabr ayına qədər yeni sazişi imzalamağa çalışacaqlar.

Rusiya Prezidenti Dmitri Medvedev bildirib ki, o, ABŞ-Rusiya münasibətlərinin gələcəyi haqda nikbin düşünür. Medvedev deyib ki, Obamanın iyulda Moskvaya səfər eləmək haqda dəvəti qəbul eləməsi də bu nikbinliyə əsas verir.
XS
SM
MD
LG