Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Qırğızıstanın əsas müxalifət lideri prezident olmaq istəmir


Qırğızıstanın əsas müxalifət lideri Omurbek Tekebayev iyuldakı prezident seçkisində iştirak eləməyəcəyini açıqlayıb.

Tekebayevin rəhbərlik elədiyi Ata-Mekan partiyasından bildiriblər ki, bu addım Qırğızıstan müxalifətinin seçkidə vahid namizədlə çıxış eləməsinə xidmət eləyir. Amma partiyadan açıqlamayıblar ki, həmin vahid namizəd niyə məhz Tekebayev olmayacaq.

Qırğızıstan müxalifəti indiki Prezident Kurmanbek Bakiyevə qalib gələ bilmək üçün vahid namizədlə çıxış etməklə bağlı razılığa gəlmişdi.
Bu razılıq əldə olunandan sonra, əsas müxalifət lideri Tekebayevə qarşı qanunsuz silah saxlamaq ittihamı irəli sürülmüşdü. Bir müddət sonra isə həmin ittiham gözlənilmədən götürülüb.
XS
SM
MD
LG