Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:46

Rusiyalı insan haqları müdafiəçisinin vəziyyəti ağırdır


Rusiyalı insan haqları müdafiəçisi Lev Ponomarev zorakılığa məruz qalıb. Onu martın 31-i Moskvada döyüblər. İnterfax xəbər agentliyinin verditi məlumata görə Ponomarev xəstəxanaya yerləşdirilib və «vəziyyəti ağırdır».

Beynəlxalq Human Rights Watch təşkilatının Rusiyadakı bölməsinin rəhbəri Tatyana Lokçina bildirib ki, bu hadisə ölkədə vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyəti üçün olan şərait dözülməzdir. Başqa bir insan haqları müdafiəsi ilə məşğul olan qurumun rəhbəri Aleksandr Verxovski Ponomarevə olan hücumu «həyəcan siqnalı» adlandırıb və deyib ki, bu o deməkdir ki, Ponomarevin «fəaliyyəti kiminsə maraqlarına sərf eləmirdi».
XS
SM
MD
LG