Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:02

Talibanın əsas liderlərindən biri öldürülüb


Avstraliyanın xüsusi təyinatlı əsgərləri Əfqanıstan əsgərləri ilə birgə apardıqları əməliyyatda Talibanın əsas rəhbərlərindən biri Molla Əbdül Barini öldürüblər. Avstraliya hərbiçiləri deyiblər ki, onlar Taliban liderini bir neçə başqa yaraqlı ilə birgə Uruzqan əyalətində məhv ediblər.

Verilən məlumata görə Molla Əbdül Bari intihar edərək partlayış törədən yaraqlıları idarə edir, əcnəbi döyüşçülərə təlim keçir və əyalətdə silah paylanmasına nəzarət edirmiş. Min nəfərdən ibarət Avstraliya qoşunlarının böyük hissəsi də məhz Uruzqan əyalətində yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG