Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:53

Obama və Medvedev münasibətləri yoluna qoymağa söz veriblər


ABŞ prezidenti Barak Obama və onun Rusiyalı həmkarı Dmitriy Medevedev aprelin 1-i ilkə dəfə olaraq görüş keçirəcklər. Hər iki lider Böyük 20-in görüşündə iştirak etmək üçün Londondadırlar.ABŞ və Rusiya prezidentlərinin nüvə silahı sazişi danışıqlarının başlaması ilə bağlı razılığa gələcəkləri gözlənilir.

Baxmayaraq ki, iki ölkə arasında İran, NATO-nun öz fəaliyyətini genişləndirməsi və raket əleyhinə müdafiə sistemi kimi ziddiyyətli məsələlər hələ də qalıb, hər iki tərəf gərginləşmiş münasibətləri yoluna qoymağa söz veriblər.

Aprelin 1-i prezident Obamanın həm də Çin prezidenti Hu Jintao ilə də görüşəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG