Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

«Mirzə Sakitin məhkəməyə yazdığı şikayət ünvanına çatdırılmayıb»


«10 saylı cəzaçəkmə müəssisəsində saxlanan «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin məhkəməyə yazdığı şikayət ünvanına çatdırılmayıb».

Bu sözləri «Azadlıq» radiosuna müsahibəsində jurnalistin vəkili İsaxan Aşurov deyib.

Onun sözlərinə görə, martın 17-dən Mirzə Sakitin amnistiya haqqı tanınsa da, o, bugünədək azadlığa buraxılmır. Buna görə də Mirzə Sakit məhkəməyə şikayət yazaraq həbsxana rəhbərliyinə təqdim edib. Qanunvericiliyə görə, məhbuslar yazdıqları şikayəti dustaqxana rəislərinə, dustaqxana rəisləri isə məhkəməyə təqdim etməlidir:

İsaxan Aşurov: «Müraciətdə məhkəmədən xahiş edirik ki, 10 saylı cəzaçəkmə müəssisəsi rəhbərinin hərəkətlərinin qanunsuzluğunu tanısın, cəzaçəkmə müəssisəsi rəhbərliyinin üzərinə amnistiya aktının dərhal icra olunması vəzifəsini qoysun».

Mirzə Sakit narkotik maddə saxlama ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il martın 17-də qüvvəyə minən amnistiya aktı ilə cəzasının qalan hissəsindən azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG