Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Terrorçuluqla mübarizədə qonşularla həqiqi əməkdaşlıq gərəkdir



Bunu Əfqanıstan prezidenti Həmid Kərzai bu gün Əfqanıstanla bağlı Haaqada keçirilən beynəlxalq konfransın açılışında deyib.

Konfransda Pakistan, İran və Əfqanıstanda da daxil olmaqla 80-dən çox ölkədən 700-ədək nümayəndə iştirak edir.

Məqsəd Əfqanıstana sülh və sabitlik gətirməkdir.

ABŞ dövlət katibi Hillari Klinton bundan əvvəl İranın bu könfransa əməli təkliflərlə gələcəyinə ümidlə yanaşdığını deyib.

Amma Hillari Klinton İran rəsmilərilə görüşmək fikrində olmadığını deyib.

İran nümayəndə heyətinin rəhbəri , xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə isə deyib ki, Tehran xarici qoşunların Əfqanıstanda sülh və sabitlik yarada biləcəklərinə inanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG