Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:19

Hərbi komissarlıqların ləğvi müzakirə olunur


Azərbaycanda orduya həqiqi hərbi xidmətə çağırışı hər bir rayonda fəaliyyət göstərən hərbi komissarlıqlar həyata keçirir

Azərbaycanda orduya həqiqi hərbi xidmətə çağırışı hər bir rayonda fəaliyyət göstərən hərbi komissarlıqlar həyata keçirir

Azərbaycanda hərbi komissarlıqların ləğvi, orduya çağırış səlahiyyətinin bütünlüklə Müdafiə Nazirliyinə verilməsi məsələləri hələlik müzakirə mərhələsindədir.
Milli Məclisin Müdafiə Məsələləri üzrə Daimi Komissiyasının üzvü Zahid Oruc «Azadlıq» radiosuna deyir ki, bu, Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması yönündə daha bir addım ola bilər.

Z.Orucun sözlərinə görə, hələlik parlament komissiyasına qanunvericiliyə konkret dəyişikliklər edilməsi ilə bağlı sənəd daxil olmayıb:

«Ancaq inanıram ki, yaxın zamanda bu dəyişikliklərin hansı yöndə olacağı haqda tam mötəbər fikirlər səsləndirəcəyik».

Azərbaycanda orduya həqiqi hərbi xidmətə çağırışı hər bir rayonda fəaliyyət göstərən hərbi komissarlıqlar həyata keçirir. Ekspertlərin fikrincə, qanunvericilikdə dəyişikliklərdən sonra isə bu qurumlar ləğv olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG