Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:25

Barak Obama Avropaya ilk səfərinə başlayır


ABŞ prezidenti Barak Obama martın 31-i Avropaya ilk səfərinə yola düşəcək. 8 gün çəkəcək və 5 ölkəyə nəzərdə tutulmuş görüşün Obamanın qlobal lider olmasında bir sınaq olacağı hesab olunur.

Səfərə Londondan başlayan ABŞ prezidenti Böyük 20-in görüşündə iştirak edəcək. Londonda olarkən o, Çin və Rusiya liderləri ilə də görüşəcək.

Aprelin 3-ü və 4-ü Barak Obama NATO-nun Fransa və Almaniyada keçiriləcək 60 illiyi ilə bağlı sammitinə qatılacaq. Aprelin 5-i isə onun Praqada ABŞ və Avropa Birliyi arasında keçirilən sammitdə olacağı gözlənilir.

ABŞ prezidentinin Avropa səfəri NATO-nun əsas müttəfiqi olan müsəlman ölkəsi Türkiyəyə iki günlük səfəri ilə başa çatacaq.

XS
SM
MD
LG