Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:03

Şimali Koreya Amerika jurnalistlərini məhkəməyə çıxarır


Şimali Koreya sərhədçilərinin həbs etdikləri iki Amerika jurnalisti bu ölkənin məhkəməsi qarşısına çıxarılacaq. Onları ölkə ərazisinə qanunsuz daxil olma və düşməncəsinə hərəkətdə ittiham edirlər. Məhkəmənin vaxtı haqqında hələlik məlumat verilməyib.

Şimali Koreya sərhədçiləri Koreya əsilli Amerika jurnalistlərini martın 17-i Çin ərazisində həbs etmişdi.

Cənubi Koreya mediasının verdiyi məlumata görə Koreya əsilli ABŞ vətəndaşları Çin ərazisindən Şimali Koreya ərazisini video lentə almağa tətbiq edilən qadağaya məhəl qoymayıblar. Buna son qoymaq üçün isə Şimali Koreya sərhədçiləri çayı keçərək Çin ərazisinə daxil olublar və jurnalistləri həbs ediblər.

Jurnalistlərin Kaliforniyada yerləşən mətbu orqanının xəbərlər bölməsində işlədikləri deyilir.

XS
SM
MD
LG